Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı konkret addımlar müqabilində Tehrana qarşı iqtisadi sanksiyaları yumşaltmağa və dondurulmuş İran aktivlərini azad etməyə hazır olduğu bildirilir .
Banco.az xəbər verir ki, "Axios"un verdiyi məlumata görə, Qətər və Pakistan vasitəçiləri razılığa gəlmək üçün ABŞ və İran arasında danışıqları bu həftə bərpa edəcəklər.
ABŞ rəsmisi davam edən təmasları müsbət və konstruktiv adlandıraraq əlavə edib ki, İran nüvə məsələlərinə çevik yanaşma nümayiş etdirir. Bəzi məqamlarda fikir ayrılıqlarının qaldığını qeyd edən rəsmi, nüvə məsələləri həll olunmadıqca heç bir razılaşmanın əldə edilə bilməyəcəyini vurğulayıb.
