Tramp Avropa liderlərini Rusiya neftini almamağa çağırıb | Banco.az

Tramp Avropa liderlərini Rusiya neftini almamağa çağırıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Avropa liderlərindən Rusiyadan neft almamağı xahiş edib.

Banco.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Avropa liderlərinin dəvəti ilə Ağ Evdəki ofisindən Ukrayna müharibəsi üçün “İstəyənlər Koalisiyası”nın toplantısına qatılan Tramp Rusiyanın bir ildə Avropa Birliyinə yanacaq satışından 1,1 milyard avro qazandığını xatırladıb.

Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalı və Avropa liderləri də Rusiyanın müharibə səylərini maliyyələşdirmək üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.

Ağ Ev rəsmisinin sözlərinə görə, görüşdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı Avropa liderləri arasında fikir ayrılıqları aşkar edilib.

Rusiya və Ukrayna ilə bağlı Avropa liderləri arasında fərdi siyasi fikir ayrılıqlarını vurğulayan rəsmi, bu fikir ayrılığının müharibəni bitirmək səylərinə mane olduğunu söylədi.

Ağ Ev rəsmisi həmçinin təsdiqləyib ki, ABŞ prezidenti Tramp Avropa liderləri və Zelenski ilə telefon danışıqlarından sonra çox yaxında Rusiya ilə bağlı açıqlama verəcək.