“S&P” hesabatda Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirildiyini bildirib.
Banco.az xəbər verir ki, agentlik bu təşəbbüslərin ölkənin tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq təcrübəyə yaxınlaşdıracağı qənaətindədir.
Agentlik həmçinin Mərkəzi Bankın tərəfindən ötən 3 ildə tənzimləyici təşəbbüslərinin əhatə dairəsi xeyli genişləndirildiyini vurğulayıb.
