Azərbaycanın qızıl ixracı 56%-dən çox artıb | Banco.az

Azərbaycanın qızıl ixracı 56%-dən çox artıb

2026-cı ilin yanvar ayında Azərbaycandan xarici bazarlara 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir ki, bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,4% çoxdur.

    Qeyd edək ki, ötən ilin yanvar ayında 21,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilmişdi.