Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bölgədəki geosiyasi gərginlik hava məkanında çoxsaylı məhdudiyyətlərə və bəzi uçuşların ləğvinə gətirib çıxarıb. Bu isə həm İran daxilindəki, həm də regional səfərləri sual altına alıb və sərnişin axınını ciddi azaldır".
Bunu turizm üzrə ekspert Rəhman Quliyev Banco.az-a regionda baş verən siyasi gərginliyin ölkə turizminə təsirlərini şərh edərkən bildirib.
"Regionda səyahətlər üçün aeroportlarda ciddi ləğvlər baş verir ki, bu da nüfuzlu turizm mərkəzləri ilə Azərbaycan arasında da dolayısı təsirə malikdir. Region geniş şəkildə qeyri-sabitlik səbəbilə hotellərdə və səfərlərdə rezervasiya ləğvlərinin artması ilə üzləşib. Bu, yalnız İrana yox, qonşu bölgələrə də yayılan təhlükə ilə bağlıdır. Hotellər üçün stoklar və sifarişlər zəifləyir, çünki səyahətçilər təhlükəsizlik səviyyəsi yüksək olan istiqamətləri üstün tutur".

Ekspertin sözlərinə görə, İrandakı gərginliyin 2026-cı ilin əvvəlinə təsiri məhz indi formalaşır və bu ilin yaz və yayına doğru daha qabarıq hiss olunacaq: "Hazırkı regional gərginlik, İran və İranla qonşu ölkələrə səyahətlər üçün ciddi xəbərdarlıqlara, uçuş ləğvlərinə və dolayısı ilə turizm axınına təsir edir. Bu, həm İrana, həm də qonşu ölkələrə səfər planlaşdıran turistlərin marşrutlarında dəyişikliklərlə nəticələnir. Azərbaycan üçün isə hələlik turizm həcmləri artan tendensiya göstərsə də, risklər və səyahət məhdudiyyətləri fonunda müəyyən ləğvlər və təxirə salmalar real olaraq görülür və sektorda narahatlıq yaradıb".
Bizi sosial şəbəkələrdən izləyin!!
