Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Şokolad dünyasında bəzi markalar var ki, sadəcə dadı ilə deyil, eyni zamanda dizaynı, marketinq strategiyaları və arxasındakı maraqlı tarix ilə seçilir. Toblerone, bu baxımdan ən ikonalarından biridir. Onun üçbucaq forması, adının mənası və gizli mesajları bu şokoladı qlobal bir fenomenə çevirib.
Banco.az bu yazıda Toblerone-un hekayəsini, dizayn sirlərini, brendinq strategiyalarını və bazardakı mövqeyini araşdıracağıq.
Toblerone’un ən yadda qalan xüsusiyyətlərindən biri onun unikal üçbucaq formasıdır. Bu forma təkcə şokoladın vizual cəhətdən cəlbedici görünməsini təmin etmir, həm də onun funksionallığını artırır. Amma niyə məhz belə bir forma seçilmişdi?
Matterhorn dağının təsiri: Toblerone İsveçrənin Bern şəhərində yaradılıb və onun dizaynı İsveçrənin məşhur Matterhorn dağının siluetinə əsaslanır. Bu dağ İsveçrə Alp dağlarının simvollarından biridir və şokoladın İsveçrə mirası ilə əlaqəsini vurğulayır.
Kabare şousundan ilham: Digər bir versiyaya görə, Toblerone-un üçbucaq forması, onun yaradıcısı Theodor Toblerin Parisdəki Folies Bergère kabare şousuna baxarkən gördüyü rəqqasələrdən ilhamlanaraq yaradılıb.
Şokoladın qorunması: Üçbucaq forma sadəcə estetik deyil, eyni zamanda praktiki bir dizayn həllidir. Bu quruluş şokoladın daşınma zamanı qırılmasının qarşısını alır və hər bir dilimin asanlıqla qoparılmasına imkan yaradır.
Toblerone İsveçrənin Bern şəhərində yaradılıb və bu şəhərin gerbi ayıdır. Bu detal brendin İsveçrə köklərinə və yerli irsinə bağlılığını vurğulayır.
Toblerone bu taktikanı istifadə edərək, istehlakçılar arasında məhsula marağı artırıb. İnsanlar bu cür gizli detallar aşkar etdikdə, məhsul haqqında daha çox danışmağa başlayırlar və brendin viral effekt qazanmasına kömək edirlər.
Toblerone adı da özündə maraqlı bir oyun gizlədir. Bu ad iki əsas sözün birləşməsindən yaranıb:
"Torrone" – İtalyan "nougat" mənasını verən və Toblerone-un əsas tərkib hissələrindən biri olan badamlı şirniyyat.
Bu marketinq baxımından ağıllı bir addımdır, çünki həm yaradıcının adını brendə bağlayır, həm də məhsulun tərkibini vurğulayır. Toblerone adını eşidən hər kəs dərhal onun unikal formasını və İsveçrə keyfiyyətini təsəvvür edir.Toblerone Şokoladı ilk dəfə 1908-ci ildə istehsal edilib.120-dən çox ölkədə satılır. İldə 7 milyard Toblerone dilimi istehsal olunur.
Toblerone heç vaxt ucuz şokolad olmayıb. Onun premium keyfiyyəti və İsveçrə mənşəli olması insanlarda eksklüzivlik hissi yaradır.İnsanlar sadəcə şokolad almırlar, onlar bir tarix, bir əfsanə alırlar.
Toblerone sosial mediada, hava limanlarında və xüsusi tədbirlərdə brendinq apararaq, hədəf auditoriyasını düzgün seçir. Təbii ki, Toblerone bazarda tək deyil. Şokolad dünyasında onunla rəqabət aparan bir çox güclü brend var.
Toblerone zamanla dəyişməyə məcbur olub. 2023-cü ildə brendin istehsalının bir hissəsi Slovakiyaya köçürüldü və bu, İsveçrə qanunlarına görə qablaşdırmada bəzi dəyişikliklər edilməsinə səbəb oldu:
Matterhorn dağının şəkli yığışdırıldı və daha ümumi bir dağ təsviri ilə əvəz olundu.Artıq “İsveçrə şokoladı” kimi adlandırıla bilmir.