illə (1,006 milyard ABŞ dolları) ilə müqayisədə 105,9 milyon ABŞ dolları və yaxud 10,52 % artaraq 1,112 milyard ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 33,62 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
|
Şirkət |
2025-ci ildə ixracın həcmi (milyon ABŞ dollar ilə) |
2024-cü ildə ixracın həcmi (milyon ABŞ dollar ilə) |
Faiz fərqi |
|
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
373,9 |
409,8 |
-8,76 % |
|
"SOCAR Polymer" MMC |
255,6 |
237,6 |
7,58 % |
|
"AzerGold" QSC |
225,7 |
167,1 |
35,07 % |
|
"Azəralüminium" MMC |
151,1 |
135,4 |
11,6 % |
|
SOCAR-ın Qaz İxrac İdarəsi |
61,7 |
0 |
- |
|
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC |
38,9 |
56,1 |
-30,66 % |
|
"SOCAR-Dalğıc" MMC |
1,9 |
0 |
- |
|
"İstisu Mineral Su Zavodu" MMC |
1,7 |
0 |
- |
|
"Azərbaycan Dəmir Yolları" QSC |
1,5 |
0,268 |
459,7 % |
|
"SOCAR-Cape" MMC |
0,731 |
0,56 |
30,54 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 8,1 % artaraq 3,6 milyard ABŞ dollarına çatıb.
