Banklar ötən il kredit faizlərindən 4 mlrd. manata yaxın gəlir əldə ediblər | Banco.az

Banklar ötən il kredit faizlərindən 4 mlrd. manata yaxın gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ildə müştərilərə verilmiş kreditlərdən 3 milyard 946,6 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 840.7 milyon manat və ya 27,1% çoxdur.

Banklar 2024-cü ildə 3 milyard 105.9 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən il bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 1 milyard 31.2 milyon manat (26%) artaraq 5  milyard manatı ötüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram