Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Britaniyanın “The Economist” jurnalı 2024-cü il üçün proqnoz və qiymətləndirmələrin yer aldığı “The World Ahead” sayının üz qabığını hazırlayaraq dərc edib.
Banco.az-ın məlumatına görə, əvvəlki illərdə olduğu kimi, bu xüsusi buraxılışın üz qabığındakı mesajlar, eləcə də məzmunu dərhal müzakirə obyektinə çevrilib.
Üz qabığındakı rəsmdə yuxarıda Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin yer alıb. Rusiya-Ukrayna müharibəsindən bəhs edən bu epizodda ikisi arasında qum saatı var. Analitiklər bu mesajı -Ukrayna və Rusiya arasında müharibə vaxtının bitdiyinə işarə ediblər.
Vladimir Putinin üstündə 2024-cü il seçkilərində namizədliyini açıqlayan keçmiş ABŞ prezidenti Donald Trampın silueti də var. Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı əvvəlki bəyanatında ABŞ-ın müharibədə daha az iştirak etməli və atəşkəs üçün vasitəçi olması lazım olduğunu müdafiə etmişdi. Bu səbəbdən üz qabığında Trampla əlaqəli sülh göyərçininin çəkildiyi təxmin edilir.
Jurnalda Zelenskinin üstündəki siluetin kimliyi mübahisələrə səbəb olub. Siluetlər qum saatına və aşağıdakı seçki qutusuna birləşdirildiyi üçün Zelenskinin üstündəki siluetin Trampın 2024-cü il prezident seçkilərindəki rəqibinə işarə etdiyi və bunun hazırkı vitse-prezident Kamala Harris olduğu iddia edilib.
Üz qabığında müharibə dövrünə aid olan qum saatı şəklin mərkəzindəki seçki qutusu ilə birbaşa əlaqəli şəkildə təsvir edilmişdir. Bütün bunlar isə gələcəkdə dünyanın taleyini dəyişəcək seçkilərə işarə edilir.
Bundan əlavə, nəşr kollajda süni intellektin gələcək inkişafını proqnozlaşdırıb, onu şəklin mərkəzi hissəsində yerləşdirib.
“The Economist»in üz qabığında mərkəzdə seçki qutusunun sağında eniş qrafiki var idi. Qrafikin ətrafında ABŞ Dolları, Avro, Sterlinq və Çin Yuanının simvolları yerləşdirilib. Bu rəsm gözlənilən iqtisadi qeyri-müəyyənliklərə işarə edir.
Qapağın üzərindəki rəsmin aşağı hissəsində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin var. “The Economist”ə görə, 2024-cü ildə ABŞ və Çin arasında adı açıqlanmayan soyuq müharibədən daha çox danışılacaq.
Qapaqda Si Cinpinq tərəfində Çinin bu yaxınlarda əhəmiyyətli bir addım atdığı elektrik avtomobili, Bayden tərəfində isə bərpa olunan enerji simvolları yer alıb.
Jurnalın üz qabığında “Yaşıl nəhənglər: Enerjinin yeni geosiyasəti" başlığı da var. Qapaqdakı litium, mis və nikel kimi elementləri təmsil edən təsvirlər isə elektrik avtomobilləri və təmiz enerji siyasətinə keçidi işarə edir. Bütün bu təsvirlər isə sonda Avstraliya və Cənubi Amerikanın xəritələri ilə əlaqələndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!