“Texnikabank”ın Müşahidə Şurasına yeni üzvlər seçilib
Bankdan "Banco.az"a daxil olan məlumata görə bu gün “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
İclasda qəbul olunan qərara əsasən, Müşahidə Şurasının tərkibi 3 nəfərdən 5 nəfərə yuksəldilib. Yeni üzvlər Yelmar Əmirxan oğlu İskəndərov və Allahverdi Hüseyn oğlu Dəmirovdur.
Xatırladaq ki, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Mahmud oğlu Əliyevdir.