"Tesla"nın avtomobil satışları 10 ildən sonra ilk dəfə azalıb | Banco.az

"Tesla"nın avtomobil satışları 10 ildən sonra ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın elektrik avtomobili satışları 2024-cü ildə on ildən çox müddətdə ilk dəfə azalıb.

Banco.az xəbər verir ki, ABŞ-lı elektrik avtomobili istehsalçısı “Tesla”nın illik avtomobil satışları dördüncü rübdəki rekord tədarüklərə baxmayaraq azalıb.

İlon Maskın rəhbərlik etdiyi şirkət cümə axşamı etdiyi açıqlamada ötən il 1,79 milyon avtomobil satdığını bildirib. Bu rəqəm 2023-cü ildə çatdırılan 1,81 milyon avtomobillik göstəricidən və analitiklərin proqnozlarından aşağıdır.

31 dekabr tarixində başa çatan rübdə 495 min 570 avtomobil tədarük edilib ki, analitiklərin gözlədiyi 512 min 277 rəqəminə nail olunmayıb.

Xatırladaq ki, “Tesla” ilin əvvəlində Berlindəki fabrikində baş vermiş yanğın və elektromobil satışlarının sənaye miqyasında yavaşlaması da daxil olmaqla bir sıra uğursuzluqlarla üzləşib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram