Bu ilin oktyabr ayının sonuna kimi Azərbaycanda bütün banklar "Az-QR" standartına keçəcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
O deyib ki, bütün ödəniş nöqtələrində istehlakçılara "QR"la ödənişlər təklif ediləcək: "Bu, mikro və kiçik sahibkarlar üçün böyük üstünlükdür. Həm onların, həm də bankların xərcləri azalacaq. Kiçik sahibkarlar və təsərrüfatlar üçün 500-600 dollar verib pos-terminal almaq onların xərclərini xeyli artırır", - deyə AMB sədri əlavə edib.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!