Müəllif: Tamara Mustafayeva, Banco.az
HSBC qızıl proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, HSBC dərc etdiyi yeni əmtəə hesabatında qiymətli metallar bazarı ilə bağlı diqqətçəkən təhlil və proqnozlarını paylaşıb.
Bankın baş qiymətli metallar analitiki Ceyms Stil tərəfindən hazırlanan hesabatda qeyd olunub ki, ilin əvvəlindən etibarən qızılın qiymətində müşahidə olunan eniş gözləniləndən daha kəskin olub.
Stil bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasəti mövqeyi və “HSBC”nin valyuta araşdırmaları qrupunun ABŞ dollarının qlobal miqyasda daha da möhkəmlənəcəyi ilə bağlı gözləntiləri səbəbindən bank həm 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu, həm də 2027-ci ilə dair gözləntilərini aşağı istiqamətdə yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb.
Bu strateji dəyişiklik çərçivəsində bank 2026-cı il üçün daha əvvəl açıqladığı orta qızıl qiyməti proqnozunu 6,3 faiz azaldaraq bir unsiya üçün 4 min 560 dollar səviyyəsinə endirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
