Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb | Banco.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb

Bu il iyulun 1-nə Azərbaycanda 1 713 937 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 5 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,1 % artıb.

Bu il iyunun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,8 % çox – 210 384 vahid təşkil edib.

İyunda 1 191 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 87,7 %-i yerli investisiyalı, 12,3 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 84,3 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 %-i MMC formasında yaradılıb.