Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Suriyanın banka olan 15,5 milyon dollar borcunun Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödənildiyini bildirib.
Banco.az xəbər verir ki, bank tərəfindən verilən açıqlamada Suriyanın Dünya Bankı Qrupu qarşısındakı borclarının bağlandığı bildirilib.
Açıqlamada 12 may tarixinə olan məlumata əsasən, Suriyanın Beynəlxalq İnkişaf Assosiasiyasına (IDA) təxminən 15,5 milyon ABŞ dolları məbləğində borcunun ödənildiyi qeyd olunub.
Bəyanatda borcların Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödəndiyi və bu inkişafla Suriyanın yeni əməliyyatlar üçün uyğunluğunun, müvafiq Dünya Bankı əməliyyat siyasətlərinə əməl olunması şərtilə, bərpa edildiyi vurğulanıb.
Həmçinin qeyd edilib ki, Suriyanın IDA kreditlərinə dair heç bir borcu qalmayıb.
Dünya Bankı Qrupunun ən yoxsul ölkələr üçün yaratdığı fond olan IDA iqtisadi artımı təşviq etmək, dayanıqlılığı gücləndirmək və yoxsul insanların həyatını yaxşılaşdırmaq məqsədilə ölkələrə sıfır və ya aşağı faizli kreditlər və qrantlar təqdim edir.
Bizi sosial şəbəkələrdən izləyin!!