Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellekt şirkəti “DeepSeek” öz çipini hazırlayır.
Banco.az xəbər verir ki, son dövrlərdə Çinin ən populyar texnologiya brendlərindən birinə çevrilən "DeepSeek" mikroçip dizaynı sahəsinə daxil olur.
Məlumata görə, şirkətin hazırladığı yarımkeçirici avadanlıq mövcud böyük dil modellərinin öyrədilməsi üçün deyil, sistemin istifadəçilərdən daxil olan sorğulara cavab vermə prosesinin hesablama gücünü optimallaşdırmaq məqsədilə layihələndirilir.
Bildirilir ki, bu strateji addım uğurla həyata keçirilərsə, "DeepSeek"in hazırda həm qlobal lider "Nvidia", həm də Çinin texnologiya nəhəngi "Huawei"dən avadanlıq baxımından asılılığını əhəmiyyətli dərəcədə azalda bilər.
Mənbələrin sözlərinə görə, layihə hələ ilkin mərhələdədir və "DeepSeek" onun həyata keçirilməsi üçün artıq xarici tərəfdaşlarla əməkdaşlığa başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
