Müəllif: Tamara Mustafayeva, Banco.az
"Spotify" video podkastlar üçün monetizasiya həddini aşağı salır.
Banco.az xəbər verir ki, dünya üzrə məzmun istehsalçılarının milyonlarla mahnıya və digər məzmunlara çıxışını təmin edən rəqəmsal musiqi, podkast və video yayım şirkəti “Spotify” podkast yayımçılarının platformada video məzmunlarından gəlir əldə etmələri üçün tələb olunan şərtləri yüngülləşdirir.
“Spotify” ötən il video məzmunlardan gəlir əldə etmək məqsədilə tərəfdaşlıq proqramını istifadəyə verdikdə, proqrama qoşulmaq üçün məzmun istehsalçılarının 12 epizod yayımlamış olması, son 30 gün ərzində 10000 saatlıq istehlak göstəricisinə çatması və məzmunlarının həmin müddət ərzində ən azı 2000 nəfər tərəfindən dinlənilməsi tələb olunurdu. Şirkət indi minimum epizod sayını üçə, minimum istehlak saatını 2000-ə, son 30 gün ərzində qarşılıqlı əlaqədə olan izləyici sayını isə 1000-ə endirir.
Bununla yanaşı, şirkət məzmun istehsalçılarına video reklamlarda aparıcılar tərəfindən oxunan sponsorluq elanlarını yeniləmək, planlaşdırmaq və ölçmək imkanı verən yeni sponsorluq alətlərini də təqdim edir. Bu alətlər aprel ayında “Spotify for Creators” tətbiqinə, eləcə də şirkətin podkast hostinqi və monetizasiya paketi olan “Megaphone” platformasına əlavə ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
