Müəllif: Gülnar Əhmədli, Banco.az
Hazırda İtaliya Azərbaycanın əsas neft idxalçısıdır. Azərbaycan bu ilin yanvar-aprel aylarında İtaliyaya 2 milyard 448 milyon 796 min dollar dəyərində 4.4 milyon ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 911 milyon 180 min dollar artıb.
Son 5 ildə İtaliyaya ixrac etdiyimiz neftin miqdarı və dəyəri aşağıdakı kimi olub:
Son 5 il (yanvar-aprel) |
Neftin miqdarı (ton) |
Dəyəri (min ABŞ dolları) |
2025 |
4 388 968.14 |
2 448 796.82 |
2024 |
2 400 401.00 |
1 537 616.27 |
2023 |
3 362 269.76 |
2 108 111.51 |
2022 |
4 373 725.39 |
3 041 983.26 |
2021 |
5 496 754.34 |
2 210 533.29 |
Bizi sosial şəbəkələrdən izləyin!!