Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada təbii qaz ehtiyatı ilə bağlı həyəcan siqnalı verilir.
Banco.az xəbər verir ki, "Gas Infrastructure Europe"un (GIE) məlumatlarına görə, Avropada təbii qaz anbarlarının yarıdan çoxu boşalıb. Ötən ilin eyni dövründə isə anbarların doluluq səviyyəsi təxminən 70 faiz idi.
2025–2026-cı illərin qış mövsümündən sonra anbarlardakı aşağı ehtiyat səviyyəsi əvvəlki illərdə olduğu kimi yay aylarında sürətlə bərpa olunmayıb. Bunun əsas səbəbi İran müharibəsindən sonra qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında təklifin ciddi şəkildə azalması, qiymətlərin sürətlə yüksəlməsi və Yaxın Şərqdən kənarda mövcud olan spot LNG yüklərinə görə Asiya alıcılarının Avropadan daha yüksək qiymət təklif etməsi olub.
Bu səbəbdən Avropanın dekabrın əvvəlinə qədər təbii qaz anbarlarının doluluq səviyyəsini 80 faizə çatdırmaq hədəfinə nail ola bilməməsi riski yaranıb.
Analitiklər xəbərdarlıq edirlər ki, anbarlardakı aşağı ehtiyat səviyyəsi, xüsusilə qışın sərt keçəcəyi təqdirdə, noyabr-mart aylarında təbii qaz qiymətlərinin kəskin bahalaşmasına səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
