Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropadakı meşə yanğınlarının iqtisadi zərəri 19 milyard avronu ötüb.
Banco.az xəbər verir ki, bu il Avropada baş verən dağıdıcı meşə yanğınlarının səbəb olduğu iqtisadi zərər və itkilərin 19 milyard avronu keçdiyi təxmin edilir.
ABŞ-ın hava proqnozu şirkəti "AccuWeather"ın hesablamalarına görə, ilin əvvəlindən etibarən Avropanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində 530 min hektardan çox ərazi yanaraq məhv olub.
Bu il meşə yanğınlarından ən çox zərər çəkən ölkələr arasında İspaniya və Fransa ön sıralarda yer alıb.
İlkin hesablamalara əsasən, yanğınların yaratdığı ümumi iqtisadi zərər və itkilərin 15,6 milyard avro ilə 19,1 milyard avro arasında olduğu qiymətləndirilir.
İqtisadi itkilərin hesablanmasına meşə yanğınlarının birbaşa və dolayı təsirləri, fövqəladə müdaxilə xərcləri, qısa və uzunmüddətli sağlamlıq nəticələri, həmçinin gündəlik həyat və iqtisadi fəaliyyətlərdə yaranan fasilələr də daxil edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
