Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin I yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 1 milyard 4.5 mln. ABŞ dolları təşkil edib.
Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 231,8 milyon ABŞ dolları və ya 30% çoxdur.
Məlumata görə, birinci yarımildə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 297,2 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 34,2 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 421,7 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 251,4 mln. dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
