"SOCAR Polymer"in ixrac gəlirləri 2% artıb | Banco.az

"SOCAR Polymer"in ixrac gəlirləri 2% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"SOCAR Polymer" MMC-nin bu ilin yanvar-oktyabr aylarında ixrac gəlirləri 223.3 milyon dollar təşkil edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayına istinadən xəbər verir ki, bu, illik müqayisədə 2.1% və ya 4.5 milyon dollar çoxdur.

Məlumata görə, şirkət ötən ilin eyni dövründə 218.8 milyon dollarlıq məhsul ixrac edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram