“SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub".
Banco.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib.
Prezident vurğulayıb ki, “Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır”.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” vətəndaşlar üçün tam ödənişsizdir. “SİMA İmza”nın vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyə verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
