Sahibkarlığa Kömək Milli Fondu ​“Kredo Bank”ı məhkəməyə verib | Banco.az

Sahibkarlığa Kömək Milli Fondu ​“Kredo Bank”ı məhkəməyə verib

 İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Kredo Bank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

SKMF borcun tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.

Qərardan narazı qalan “Kredo Bank” apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

İddia olunan borcun məbləği açıqlanmayıb.