Dünya bazarında Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb.
Banco.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,50% azalaraq 122,28 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 125,42 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
