Rusiyanın ən varlı iş adamlarının sərvəti artıb | Banco.az

Rusiyanın ən varlı iş adamlarının sərvəti artıb

Müəllif:Mehin Qasımova /Banco.az

Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard dollar artıb.

Banco.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə əsasən, ilin əvvəlindən "Lukoyl"un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanaraq, sərvəti 24,5 milyard dollara yüksəlib.

Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.

Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun sərvəti daha da artaraq 9,76 milyard dollar olub.

Ən böyük itkiyə Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və sahibkar Süleyman Kərimov məruz qalıb. Onun sərvəti 0,65 milyard dollar azalaraq 8,34 milyard dollara düşüb.

Qeyd edək ki, 2012-ci ilin martından Bloomberg agentliyi planetin 500 ən varlı adamının sərvətləri haqqında məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram