Rusiyanın büdcə kəsiri 40,7 milyard dollar olub | Banco.az

Rusiyanın büdcə kəsiri 40,7 milyard dollar olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dörd ayda Rusiyanın büdcə kəsiri 40,7 milyard dollar olub.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin yaydığı yazılı bəyanatda ölkənin ilin ilk dörd ayı üzrə büdcə gəlirləri və xərcləri barədə məlumat verilib.

Açıqlamaya görə, bu dövrdə neft və təbii qaz gəlirləri 3,7 trilyon rubl, digər (neft və qazdan kənar) gəlirlər isə 8,5 trilyon rubl təşkil edib. Beləliklə, ümumi büdcə gəlirləri 12,2 trilyon rubl olub.

Büdcə xərcləri isə 15,5 trilyon rubl səviyyəsində qeydə alınıb. Nazirlik, yaranan büdcə kəsirinin əsas səbəbləri kimi artan maliyyə xərcləri ilə yanaşı, neft və qaz gəlirlərindəki azalmaya diqqət çəkib.

Açıqlamada qeyd olunub ki, hazırkı büdcə kəsiri 2025-ci il üçün nəzərdə tutulmuş struktur balans hədəflərinə təsir göstərməyəcək.

Rusiya Maliyyə Nazirliyi daha əvvəl 2025-ci il üçün proqnozunu yeniləyərək büdcə kəsirinin ÜDM-ə nisbətinin 0,5%-dən 1,7%-ə yüksələcəyini bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram