Rusiya ərzaq məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməyi düşünür | Banco.az

Rusiya ərzaq məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməyi düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Baş nazirinin müavini Dmitri Patruşyev bildirib ki, ərzaq məhsullarının tədarükündə prioritet daxili bazardır.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Dmitriy Patruşyev paytaxt Moskva şəhərində ərzaq məhsullarında qiymət artımları ilə bağlı çıxış edib.

Rus vətəndaşlarının əsas ərzaq məhsullarına rahat şəkildə çıxış əldə etməli olduqlarını vurğulayan nazir, "Yerli istehsalçılarımıza güvənirik və öz-özümüzə kifayətliliyimizi artırırıq. Öz məhsullarımızın istehsalını daha da artırmaq lazımdır," ifadələrini işlədib.

Patruşyev daxili bazara üstünlük verdiklərini qeyd edərək, "Üstünlük, əlbəttə ki, dövlətdədir. Əsas ərzaq məhsullarının əlçatanlıq vəziyyətini izləməyə davam edirik. Əgər vəziyyət daxili bazarımızın sabitliyi xeyrinə deyilsə, mümkün ixrac məhdudiyyətləri də daxil olmaqla bəzi rıçaqlarımız var," deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Patruşyev əlavə edib ki, Rusiya ixracatda qazandığı bazarları itirmək istəmir.

Xatırladaq ki, Rusiyada inflyasiya 2024-cü ilin dekabr ayında əvvəlki ilin eyni ayına nisbətən 9,52 faiz artım göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram