Müəllif:Mehin Qasımova/Banco.az
Rusiya benzin ixracına qoyulan qadağanı ləğv edib.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, tətbiq edilən qadağalar sayəsində daxili bazarda artıq təklif yaranıb və bu səbəbdən benzin ixracına qoyulan qadağaların aradan qaldırılmasına qərar verilib.
Daxili bazarda benzin istehsalı və qiymət göstəricilərinə ciddi nəzarət ediləcəyi və lazım gələrsə, benzinin ixracına qoyulan qadağanın bərpa oluna biləcəyi vurğulanıb.
Qeyd edək ki, Rusiya ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoyub.
Bizi sosial şəbəkələrdən izləyin!!