Aprelin 1-də, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanındakı baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2020-ci il üzrə balans və mənfəət-zərər hesabatlarının, elədə də Audit Komitəsinin hesabatının təsdiq edilməsi, Bankın törəməsi olan “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin emissiyası və təşkilati məsələlər daxildir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.
report
Bizi sosial şəbəkələrdən izləyin!!