Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal banklar Breksitdən sonra Avropa İttifaqında aktiv bölgüsünü dəyişərək alman aktivlərinə üz tutublar.
Banco.az xəbər verir ki, qlobal bankların Almaniya aktivlərinə tələbi Breksitin təsirindən 2 trilyon avronu keçib.
Avropa Mərkəzi Bankının (ECB) məlumatına görə, Almaniyanın xarici banklardakı aktivləri sentyabr ayının sonuna olan məlumata görə, 2,04 trilyon avroya (2,2 trilyon dollar) çatıb. Bu rəqəm təxminən 8 il əvvəl Breksit referendumunun keçirildiyi vaxtdan 6 dəfə çoxdur.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının (ECB) da yerləşdiyi Frankfurt şəhəri Böyük Britaniyanın Aİ-dən çıxmasından (Breksit) sonra banklar üçün yeni qaçış nöqtəsinə çevrilib.
Almaniyanın maliyyə naziri Kristian Lindner müsahibəsində bildirib ki, Breksitdən sonra təxminən 50 şirkət Almaniyaya köçüb ki, bu rəqəm daha da arta bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!