Qızılın qiyməti tarixi rekord qırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Qızılın qiyməti tarixi rekord qırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Qızılın qiyməti tarixi maksimuma çataraq ilk dəfə olaraq 1 troy unsiyası üçün 2850 dolları ötüb.

Banco.az xəbər verir ki, “Comex” birjasında aprel qızıl fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq bir unsiya üçün 2 850,46 dollar təşkil edib.

Bundan əvvəl “Bloomberg” agentliyi UBS-in proqnozuna istinadən bildirib ki, 2025-ci ilin sonuna qədər birjada qızılın unsiyası 2900 dollara qədər yüksələcək.

Mütəxəssislər qızıl qiymətlərində artım tendensiyasının 2025-ci ildə davam edəcəyinə əmindirlər,  çünki metal iqtisadi və siyasi qeyri-sabitlik dövründə investorlar tərəfindən “təhlükəsiz sığınacaq” kimi görünəcək.

Qeyd olunur ki, qızıl dünyada artan iqtisadi və siyasi turbulentlik fonunda bahalaşacaq.