Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa şiddətli quraqlıq səbəbindən su istifadəsini məhdudlaşdırıb.
Banco.az xəbər verir ki, Fransada yay aylarında təsirli olan isti və quraq hava payızda da davam edir. "Météo-France"ın məlumatlarına görə, sentyabrın 20-nə olan vəziyyətə əsasən ölkə ərazisinin 84 faizində sentyabr ayı üçün orta hesabla 10 ildə bir dəfə müşahidə oluna biləcək şiddətli quraqlıq qeydə alınıb.
Ölkə üzrə sentyabrın 1-dən 22-dək gündəlik yağıntının 1 millimetrdən çox olduğu cəmi bir gün yaşanıb. Paris-Montsouris bölgəsində son nəzərəçarpacaq yağıntı avqustun 29-da, Nitsada isə avqustun 24-də qeydə alınıb.
La-Manş sahillərində sentyabr ayında yağıntının miqdarı təxminən 10 millimetr təşkil edib. Bəzi bölgələrdə bu göstərici ümumilikdə 20 millimetrə çatıb. Halbuki həmin ərazilərdə normal sentyabr ayında 60-70 millimetr yağıntı düşür. Fransanın cənubunda isə yağıntının miqdarı ümumilikdə 5-10 millimetr arasında olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
