ABŞ-də biznes fəallığında 5 ilin ən sürətli artımı | Banco.az

ABŞ-də biznes fəallığında 5 ilin ən sürətli artımı

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də biznes fəallığında 5 ilin ən sürətli artımı.

Banco.az xəbər verir ki, açıqlanan məlumatlara görə, "S&P Global"ın ABŞ üzrə ümumi satınalma menecerləri indeksi (PMI) sentyabr ayında 58,4-ə yüksələrək 2021-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb.

Məşğulluq dörd ildən artıq müddətdə qeydə alınmayan sürətlə artarkən, istehsal xərcləri isə 2022-ci ildən bəri ən sürətli yüksəlişini göstərib. Sorğuda iştirak edənlər bunun əsas səbəbi kimi artan yanacaq və daşınma xərclərini göstəriblər. Bununla yanaşı "S&P Global Market Intelligence" şirkətinin bir çox iştirakçısı əməkhaqlarındakı artıma da diqqət çəkib.

"S&P Global Market Intelligence" şirkətinin baş iqtisadçısı Kris Uilyamson açıqlamasında həm istehsal, həm də xidmət sektorunda biznes fəallığının hazırda açıq şəkildə sürətlə artdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram