"THY"dən "Boeing"ə 150 təyyarəlik nəhəng sifariş | Banco.az

"THY"dən "Boeing"ə 150 təyyarəlik nəhəng sifariş

Müəllif: Tamara Mustafayeva, Banco.az

"THY"dən "Boeing"ə 150 təyyarəlik nəhəng sifariş.

Banco.az xəbər verir ki, "Türk Hava Yolları" ("THY") uzunmüddətli inkişaf strategiyası çərçivəsində "Boeing" şirkəti ilə 150 ədədədək "Boeing 737 MAX" təyyarəsini əhatə edən sifariş razılaşmasını rəsmiləşdirib.

"THY"nin açıqlamasına görə 2025-ci ildən davam edən danışıqların nəticəsində imzalanan razılaşma şirkətin "Boeing"lə bu günədək həyata keçirdiyi ən böyük tək keçidli təyyarə sifarişi olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmiləşdirilən razılaşma ilə "THY"nin qısa və orta məsafəli uçuş şəbəkəsinin gücləndirilməsi və donanmanın genişləndirilməsi strategiyasının dəstəklənməsi hədəflənir. Sifariş çərçivəsində 100 ədəd "Boeing 737-8" təyyarəsi üçün qəti sifariş verilib, əlavə 50 ədəd "Boeing 737 MAX" təyyarəsi üçün isə seçim hüququ əldə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram