“Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi 2 min manat cərimə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib
