Qızıl və gümüşün qiymətləri kəskin şəkildə aşağı düşüb | Banco.az

Qızıl və gümüşün qiymətləri kəskin şəkildə aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl və gümüşün qiymətləri kəskin şəkildə aşağı düşüb.

Banco.az xəbər verir ki, qlobal maliyyə bazarlarında qızıl və gümüşün qiymətlərində kəskin ucuzlaşma müşahidə olunub. ABŞ dollarının möhkəmlənməsi və riskə marağın artması qiymətli metallara olan tələbi zəiflədib, nəticədə qiymətlər qısa müddətdə ciddi şəkildə geriləyib.

Qızıl gün ərzində 3,8 faiz dəyər itirərək bir unsiya üçün 4 880 ABŞ dollarına qədər enib. Bu, son dövrlərdə qeydə alınan ən kəskin gündəlik azalmalarından biri hesab olunur.

Gümüşdəki eniş isə daha nəzərəçarpacaq olub. Gümüşün qiyməti 10 faiz azalaraq bir unsiya üçün 76 ABŞ dollarından aşağı düşüb.

Bakı vaxtı ilə saat 20:40-da qızılın bir unsiyası 4 940 ABŞ dollarından, gümüş isə 77,4 ABŞ dollarından ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram