Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ikinci əl ev satışlarında kəskin azalma müşahidə olunur.
Banco.az xəbər verir ki, “Milli Daşınmaz Əmlakçılar Assosiasiyası” (NAR) ABŞ-da yanvar ayı üzrə ikinci əl yaşayış evlərinin satışına dair məlumatları yayımlayıb.
Məlumata əsasən, ABŞ-da ikinci əl mənzil satışları yanvar ayında əvvəlki ayla müqayisədə 8,4 faiz azalaraq 3 milyon 910 minə düşüb.
“Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların orta gözləntisi satışların 4,6 faiz azalaraq 4 milyon 180 min səviyyəsinə enəcəyi istiqamətində idi.
Beləliklə, ikinci əl mənzil satışları 2024-cü ilin sentyabr ayından bəri ən aşağı səviyyəyə geriləyib.
“NAR”ın baş iqtisadçısı, doktor Lorens Yun bildirib ki, “Yanvar ayında normadan aşağı temperatur və normadan yüksək yağıntılar azalmanın əsas səbəblərini qiymətləndirməyi və bu ay üzrə göstəricilərin istisna hal olub-olmadığını müəyyənləşdirməyi əvvəlkindən daha da çətinləşdirir”.
Bizi sosial şəbəkələrdən izləyin!!
