Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin sonunda bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 2,4 milyon dollar vəsait xərcləyiblər. Bu, 2024-cü illə müqayisədə 0,9 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.
Banco.az bu barədə BP-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ötən il ərzində təxminən 1,8 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə, ölkədə idmanı təbliğ edən 2 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 14 konfrans və seminara dəstək, yəni ümumilikdə 47 layihə daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!
