Play Market-də bu həftənin endirimləri - SİYAHI | Banco.az

Play Market-də bu həftənin endirimləri - SİYAHI

Bu həftə “Play Market”də bir sıra maraqlı oyunlar endirim kampaniyasına düşüb.

Hazırda endirimdən yararlana biləcəyiniz, eləcə də ödənişsiz əldə edə biləcəyiniz oyunları diqqətinizə çatdırırıq:

“Stickman Ghost: Ninja Warrior Action Offline Game”

Bu oyun 7 yaşdan böyük uşaqlar üçün nəzərdə tutulub. “Stickman Ghost” oflayn rejimli oyundur. Kiberidman həvəskarları bu oyunu 4 balla qiymətləndirirlər.

“Epic Heroes War: Shadou Lord Stickman – Premium”

Bu real zamanda RPG strategiyasıdır. 7 yaşdan böyük uşaqların oynaması üçün nəzərdə tutulmuş “Epic Hereoes War” oyunçular tərəfindən 4,4 balla qiymətləndirilib.  Xatırladaq ki, oyunu 3 gün ərzində pulsuz yükləyə bilərsiniz. 

“Little Wars 2.0 - Kosmosda strateji oyun”

Uşaqlar üçün daha bir maraqlı oyun. 3 yaşından böyük uşaqlar üçün nəzərdə tutulmuş oyun 3 gün ərzində endirimdə olacaq. Kosmik strategiya, qalaktikada müharibə, həyəcanverici planetlər və qalibiyyətlər “Little Wars”ın əsas göstəriciləridir. 

Qeyd edək ki, oyun 4,2 balla qiymətləndirilir. 

“I live – Gold edition” 

“I live – Gold edition” ilə qacetinizə həyat verin. 

Həm oyundakı körpənizin qayğısına qalacaq, həm də əylənəcəksiz. 3 yaşdan böyük uşaqların oynaya biləcəyi bu oyunu da “Play Market”dən 4 gün ərzində pulsuz yükləyə biləcəksiniz. 

“Despotism 3k”

“Despotism 3k”  təcrübəli oyunçular üçün nəzərdə tutulub. 16 yaşdan böyük insanların oynaya biləcəyi “Despotism 3k” 4 gün ərzində endirimdə olacaq. Əvvəlki qiyməti 2,54 dollar olan oyunu 1,58 dollara əldə edə bilərsiniz.

Ted.az