Müəllif: Tamara Mustafayeva, Banco.az
“DeepSeek” əvvəlki versiyasından daha güclü süni intellekt modelini təqdim edib.
Banco.az xəbər verir ki, “DeepSeek” süni intellekt modelinin V4.1-Flash-1017 versiyasını yenilədiyini açıqlayıb. Şirkətin bildirdiyinə görə, yeni versiya əvvəlki modellə müqayisədə sınaqlarda daha yüksək nəticələr göstərir, tapşırıqları daha sürətli yerinə yetirir və daha qısa cavablar təqdim edir.
Yeni model məntiqi nəticəçıxarma, proqramlaşdırma, süni intellekt agentləri ilə bağlı tapşırıqlar və vizual imkanların sınaqdan keçirilməsi sahələrində əhəmiyyətli irəliləyişlər əldə edib. Yenilənmə oyunların hazırlanmasından tutmuş üçölçülü modelləşdirməyədək müxtəlif sahələrdə modelin imkanlarını genişləndirib.
Yenilənmiş versiya “DeepSeek”in internet səhifəsində, tətbiqində və tərtibatçılar üçün nəzərdə tutulan platformasında istifadəyə verilib. Yeni model əvvəlki V4.1-Flash versiyası ilə müqayisədə daha güclü, sürətli və yığcam olmaq məqsədi daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!
