Müəllif: Gülnar Əhmədli, Banco.az
“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzurda inkişaf və infrastruktur yatırımları üzrə göstəriciləri açıqlanıb.
Banco.az bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ildən bu günə qədər, Qarabağ regionunda fəaliyyət göstərən tərəfdaş şirkətlər tərəfindən ümumilikdə 5 milyard AZN dəyərində müqavilə imzalanıb.
Bu layihələr çərçivəsində ümumilikdə PAŞA Bank tərəfindən 300 milyon AZN məbləğində maliyyələşmə təmin edilib. Vəsaitin 200 milyon manatını qeyri-nağd öhdəliklər (zəmanət və təminatlar), 100 milyon manatını isə nağd maliyyələşmə (kredit, kredit xətləri) təşkil edib.
Qeyri-nağd öhdəliklər, layihələrin icrası zamanı zəmanət sənədləri və təminat mexanizmləri vasitəsilə təqdim olunub. Bəzi iri layihələrdə birbaşa qarantiya tələb edilməsə də, subpodratçılar vasitəsilə bankın dolayı maliyyə dəstəyi təmin olunub. Turizm və xidmət infrastrukturunun maliyyələşdirilməsi mədəni və tarixi əhəmiyyətə malik bölgələrdə biznes mühitinin bərpasına və regional iqtisadi aktivliyə töhfə verir.
Bizi sosial şəbəkələrdən izləyin!!