Ötən il xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları artıb | Banco.az

Ötən il xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 6 milyon 22 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2022-ci illə müqayisədə 16.4% və ya 849 min manat çoxdur.

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 543.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin 12 ayı ilə müqayisədə 6.6% və ya 33.5 min manat artım deməkdir. 

Qeyd edək ki, 2022-ci ildə bu növ üzrə yığımların məbləği 5 milyon 173 min manat, ödənişlərin məbləği isə 509.7 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram