Ötən il BOKT-ların xalis mənfəəti 157 mln. manatı ötüb | Banco.az

Ötən il BOKT-ların xalis mənfəəti 157 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ildə 157,1 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti 2023-cü illə müqayisədə 81,3 milyon manat və ya 2,1 dəfə artıb.

Məlumata görə, bu ilin 1 yanvar tarixinə BOKT-ların aktivləri 993,3 milyon manat olub. Bu da illik müqayisədə 234,8 milyon manat və ya 31% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 21,1% artaraq 536,9 milyon manata, balans kapitalı isə 44,8% artaraq 456,4 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram