Ötən il Azərbaycanın 8 ölkə ilə ticarət dövriyyəsi 1 milyard dollardan çox olub | Banco.az

Ötən il Azərbaycanın 8 ölkə ilə ticarət dövriyyəsi 1 milyard dollardan çox olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 51 milyard 183 milyon ABŞ dolları olub.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,9% azdır.

Son 1 ildə Azərbaycanın ixracı 11,1% azalaraq 33 milyard 898 milyon ABŞ dollarına enib, idxalı isə 18,9% artaraq 17 milyard 285 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Azərbaycanın 8 ölkə ilə ticarət dövriyyəsi 1 milyard dollardan çox olub. 2022-ci ildə Azərbaycanla ticarət dövriyyəsi milyardı keçən ölkələrin sayı 10 idi. 

Bunlar aşağıdakı ölkələrdir:

Ölkə

Ticarət dövriyyəsinin dəyəri (dollar)

İtaliya

15.685.971.560

Türkiyә

7.650.599.500

Rusiya

4.358.740.170

Çin

3.101.549.640

Almaniya

1.824.344.180

İsrail

1.443.519.650

Hindistan

1.435.502.520

Yunanıstan

1.395.789.830

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram