Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.1% çoxdur.
Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 264 milyon ədəd təşkil edib.
Qeyd edək ki, hesabat dövründə ölkədə 49.9 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 66.8% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
