"OpenAI" riskləri idarə etmək üçün yeni bir rəhbər axtarır | Banco.az

"OpenAI" riskləri idarə etmək üçün yeni bir rəhbər axtarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"OpenAI" riskləri idarə etmək üçün yeni bir rəhbər axtarır.

Banco.az xəbər verir ki, süni intellektin istifadəçilərin psixoloji vəziyyətinə təsiri və təhlükəsizlik riskləri ilə bağlı narahatlıqların artdığı bir dövrdə “OpenAI” bu riskləri idarə edəcək yeni rəhbər vəzifə yaratdığını açıqlayıb.

Şirkət “Hazırlıq rəhbəri” adlanan bu vəzifə üçün axtarışa başladığını X platformasında elan edib. Yeni rəhbər süni intellektin kompüter təhlükəsizliyi, istifadəçi psixologiyası və mümkün risklərini araşdıracaq.

“OpenAI”ın baş direktoru Sem Altman bildirib ki, süni intellekt modelləri artıq real problemlər yaratmağa başlayıb. O, xüsusilə modellərin istifadəçilərin ruh sağlamlığına təsiri və kibertəhlükəsizlik sahəsində potensial risklərə diqqət çəkib.

Son dövrlərdə bəzi məhkəmə işlərində süni intellekt əsaslı çat-botların istifadəçilərin reallıq qavrayışını zəiflədə biləcəyi iddia olunub. Bu da mövzu ətrafında narahatlıqları daha da artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram