OPEC sentyabrda Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb | Banco.az

OPEC sentyabrda Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin sentyabr ayında orta gündəlik xam neft hasilatının 488 min barel səviyyəsində olduğunu bildirib. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqust ayında sutkalıq neft hasilatı isə 482 min barel təşkil edib. İyulda isə bu göstərici 487 min barelə bərabər olub. 

Qeyd edilib ki, birinci rübdə ölkədə gündəlik ortalama neft hasilatı 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə isə 486 min barel səviyyəsində olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et