"OPEC" neftə tələbat proqnozunu 3-cü dəfə aşağı salıb | Banco.az

"OPEC" neftə tələbat proqnozunu 3-cü dəfə aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC” üçüncü dəfədir ki, neftə tələbat proqnozunu aşağı salır.

Banco.az xəbər verir ki, “OPEC” bu il üçün qlobal neft tələbi proqnozunu əvvəlki proqnozu ilə müqayisədə gündəlik 106 min barel azaldıb.

“OPEC”in aylıq hesabatına görə, 2024-cü ildə gündəlik neft istehlakı təxminən 2 faiz artaraq gündəlik 1,9 milyon barelə çatacaq. Bu, əvvəlki proqnozdan 106 min barel azdır.

Beləliklə, bu ilin əvvəlində güclü proqnozlar bölüşən “OPEC” ardıcıl 3 ay ərzində tələb proqnozlarını aşağı salıb.

Qeyd edilib ki, İƏİT ölkələrində neftə tələbatın bu il gündəlik 130 min barel artaraq 45 milyon 780 min barelə çatacağı güman edilir. İƏİT üzvü olmayan ölkələrdə isə bu il tələbatın gündəlik 1 milyon 800 min barel artaraq 58 milyon 360 min barelə çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, qlobal tələbatın 2025-ci ildə gündəlik 1 milyon 640 min barel artaraq 105 milyon 780 min barelə çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “OPEC+”ın növbəti hasilat qərarı üçün dekabrın 1-də görüşü gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et