OPEC-in xam neft hasilatında artım qeydə alınıb | Banco.az

OPEC-in xam neft hasilatında artım qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC-in xam neft hasilatında artım qeydə alınıb.

Banco.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, hasilatda ən böyük artım Səudiyyə Ərəbistanında, ən böyük azalma isə İranda qeydə alınıb.

Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında gündəlik hasilat 258 min barel artaraq 9 milyon 709 min barelə yüksəlib. İranda isə hasilat 27 min barel azalaraq 3 milyon 218 min barelə enib.

Beləliklə, OPEC-in xam neft hasilatı avqust ayında əvvəlki ayla müqayisədə gündəlik 478 min barel artaraq 27 milyon 948 min barel olub.

Eyni dövrdə, OPEC və OPEC-dən kənar bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun ümumi xam neft hasilatı gündəlik 509 min barel artaraq 42 milyon 400 min barel səviyyəsində qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram